Bundesliqa klubunda ciddi itki

Almaniyanın “Leyptsiq” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa klubunun futbolçusu Yussuf Poulsen zədələnib. Bu barədə “Leyptsiq”in rəsmi saytı məlumat yayıb.

Poulsen bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Danimarkalı hücumçunun sağalma vaxtı açıqlanmayıb.

Poulsen bu mövsüm Bundesliqada 5 qol vurub və 7 məhsuldar ötürmə edib.