Baş məşqçi idi, məsləhətçi oldu

Almaniyanın “Leyptsiq” klubu baş məşqçisi Ralf Ranqniklə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 60 yaşlı mütəxəssisin müddəti bitən müqaviləsi yenilənməyib.

2015-ci ildən “Leyptsiq”i çalışdıran Ranqnik bundan sonra klubda məsləhətçi kimi işləyəcək.