Premyer Liqa – 88,8 faiz

Almaniyanın “Kicker” nəşri Bundesliqada çıxış edən futbolçular arasında müxtəlif mövzular haqda sorğu keçirib.

Komanda.az xəbər verir ki, sorğuya əsasən, Bundesliqada mövsümün ən yaxşı futbolçusu “Bayer”li Kay Haverts olub. O, 20,8 faiz səs toplayıb. İkinci sırada isə 20 faiz səslə Dortmund “Borussiya”sının kapitanı Marko Roys olub.

Bundesliqada iştirak edən futbolçulara görə isə dünyanın ən yaxşı baş məşqçisi Yurgen Kloppdur. “Liverpul”u çalışdıran alman mütəxəssis 66 faiz səs toplayıb.

Dünyanın ən yaxşı çempionatı isə 88,8 faiz səslə İngiltərə Premyer Liqası seçilib.