4 qat Almaniya çempionu müflis oldu

Almaniyanın “Kayzerslautern” klubu müflis olub.

Komanda.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Xəbərdə, klubun 20 milyon avrodan çox borcu olduğu bildirilir. 3-cü Bundesliqada çıxış edən klub yeni mövsüm üçün də lizensiya almalıdır və buna görə daha 15 milyon avroya ehtiyac var. “Kayzerslautern”in artıq bu gündən iflas proseduruna başladığı bildirilir.

“Kayzerslautern” 4 dəfə Almaniya çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button