Mali millisinin üzvü Bundesliqa klubunda

Almaniyanın “Hoffenhaym” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Zalsburq”dan Diadi Samassekunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Almaniya mətbuatının xəbərinə görə, “Hoffenhaym” Diadi üçün “Zalsburq”a 14 milyon avro ödəyib. Yarımmüdafiəçi Mali milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button