Bundesliqa klubunun futbolçusu koronavirusa yoluxdu

Almaniyanın “Herta” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Adı açıqlanmayan futbolçunun koronavirus testi müsbət çıxıb.

“Herta”nın futbolçu və məşqçi heyəti 14 günlük karantinə alınacaq.