Bundesliqa klubundan 15 milyonluq hücumçu transferi

Almaniyanın “Herta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Berlin təmsilçisi “Köln”dən Con Kordobanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Almaniya mətbuatının xəbərinə görə, “Herta” Kordoba üçün 15 milyon avro ödəyib.