Almaniyanın daha bir klubu məşqlərə başladı

Almaniyanın “Hannover” klubu məşqləri bərpa edib.

Komanda.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məşq zamanı futbolçular iki və dörd nəfərlik qruplara ayrılıb və sosial məsafəni qoruyaraq çalışıblar.

Koronavirus pandemiyasına görə 2-ci Bundesliqa qeyri-müəyyən müddətə təxirə salınıb.

Daha əvvəl Almaniyada “Bavariya” və “Şalke” klubları da məşqləri bərpa etmişdi.