Bundesliqa klubunda baş məşqçi ayrılığı

Almaniyanın “Fortuna” klubu baş məşqçisi Fridhelm Funkellə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Düsseldorf təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Funkelin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2016-cı ildən “Fortuna”nı çalışdıran Funkel, 2019-cu ilin dekabrında müddəti 2021-ci ilə qədər olan yeni sözləşmə imzalamışdı.

“Fortuna” hazırda Bundesliqada 15 xalla sonuncu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button