“Turnir cədvəlinə baxmamalıyıq” – Nazarov

Almaniyanın “Ersgebirge” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Dmitri Nazarov açıqlama verib.

Komanda.az “tag24.de” saytına istinadən xəbər verir ki, Nazarov, 2-ci Bundesliqanın 17-ci turunda “Regensburq”u 1:0 hesabıyla məğlub etdikləri oyun haqda danışıb:

“İlin son matçını da evdə keçirəcəyik. Auedə oynamağın nə qədər narahat olduğunu hər kəs bilir.

Bu dəfə üçlü müdafiə sistemi ilə çıxış etdik və mən də hücumçuların arxasında oynadım. Bu sistem ürəyimcə oldu. Özümüzü meydanda çox rahat hiss etdik, əla müdafiə olunduq və ilk hissədə üç qol imkanı yaratdıq.

Turnir cədvəlinə baxmamalıyıq. Oyundan oyuna inkişaf etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button