Nazarovun komandasında baş məşqçi ayrılığı

Almaniyanın “Ersgebirge” klubunda baş məşqçi Aleksey Şpilevski ilə yollar ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı belaruslu mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Ersgebirge” bu mövsüm 2-ci Bundesliqada 7 oyunda 3 xal toplayıb və sonuncu – 18-ci pillədə qərarlaşıb.

“Ersgebirge”də Azərbaycan milli komandasının sabiq futbolçusu Dmitri Nazarov çıxış edir.