“Borussiya”nın futbolçusunda koronavirus aşkarlandı

Almaniyanın “Borussiya” klubunun futbolçusu Manuel Akanci koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İsveçrəli müdafiəçinin koronavirus testi müsbət çıxıb.

Akanci karantinə alınıb.