“Borussiya”da yeni müqavilə

Almaniyanın “Borussiya” klubu futbolçusu Laslo Beneşin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, Münhenqladbax təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2016-cı ildən “Borussiya”da forma geyinən Beneş, Slovakiya milli komandasının da heyətinə dəvət alır.

Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 10 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button