“Mançester Siti”dən “Borussiya”ya – rəsmi

Almaniyanın “Borussiya” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Dortmund təmsilçisi “Mançester Siti”dən Ceymi Bayno-Qittensi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 16 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

İngilis hücumçu ilə “Real” və PSJ də maraqlanırdı.