Milli komandanın üzvü ilə 4 illik müqavilə

Almaniyanın “Borussiya” klubu futbolçusu Rafael Qerreyronun müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin idman direktoru Mixael Çork klubun saytına açıqlamasında deyib. O, Qerreyro ilə danışıqlar apardıqlarını və 4 illik sözləşmə imzalayacaqlarını bildirib.

2016-cı ildən “Borussiya”da çıxış edən 25 yaşlı sol cinal müdafiəçisi, bu mövsüm Bundesliqada bir oyunda iştirak edib. Qerreyro Portuqaliya millisinin də üzvüdür.