“Borussiya”da yeni müqavilə

Almaniyanın “Borussiya” klubu futbolçusu Kristof Kramerin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, Münhenqladbax təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2016-cı ildən “Borussiya”da forma geyinən Kramer, bu mövsüm 13 oyuna çıxıb. Yarımmüdafiəçi Almaniya milli komandasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button