“Borussiya”nın Çempionlar Liqasındakı yeni rekordçusu

Almaniyanın “Borussiya” (Dortmund) komandası Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında İngiltərə “Mançester Siti”sinə uduzub.

Komanda.az xəbər verir ki, 1:2 hesabıyla bitən qarşılaşmada Dortmund təmsilçisinin yeganə qolunu vuran Marko Roys klubun tarixinə düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Roys, “Borussiya” forması ilə Çempionlar Liqasında ən çox qol vuran futbolçu ünvanını qazanıb. 31 yaşlı yarımmüdafiəçinin turnirdə 18 qolu var.

Bundan əvvəlki rekord isə polşalı Robert Levandovskiyə aid idi. Hazırda “Bavariya”da çıxış edən Levandovski “Borussiya” ilə Çempionlar Liqasında 17 qol vurub.