“Barselona” “Borussiya”nın futbolçusunu transfer edə bilər

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Tomas Munye karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Barselona” klubu belçikalı müdafiəçi ilə yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” sağ cinah müdafiəçisi Serjinyo Desti satıb, onun əvəzinə Munyeni heyətinə qatmaq niyyətindədir.

Munye bu mövsüm Bundesliqada 16 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.