“Borussiya” milli üzvüylə “nikah təzələyir”

Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Roman Bürkinin müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, artıq tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. Bu barədə “Kicker” nəşri məlumat yayıb. 29 yaşlı qapıçı ilə müddəti 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanacaq.

2015-ci ildən “Borussiya”nın şərəfini qoruyan Bürkinin hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bu mövsüm “Borussiya” ilə 25 oyunda iştirak edən isveçrəli qapıçı 39 qol buraxıb. Bürki, İsveçrə milli komandasının da üzvüdür.