“Borussiya”dan 2-ci Bundesliqa klubuna

Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Cenis Burniçi satıb.

Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi karyerasını “Haydenhaym” klubunda davam etdirəcək. Bu barədə “Borussiya”nın mətbuat xidməti məlumat yayıb. Burniç 2-ci Bundesliqa klubuyla 3 illik müqavilə imzalayıb.

“Borussiya”nın yetirməsi olan Burniç, 21 yaşadək futbolçulardan ibarət Almaniya milli komandasının da üzvüdür.