“Borussiya” “Bavariya”nın rekordunu təkrarladı

Almaniyanın “Borussiya” (Dortmund) klubu Bundesliqanın 22-ci turunda Frankfurt “Ayntraxt”ını darmadağın edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 4:0 hesabıyla qələbə qazanan dortmundular “Bavariya” və “Hamburq”un Bundesliqadakı rekordunu təkrarlayıb. Belə ki, “Borussiya” bu mövsüm 22 turda 63 qol vurmağı bacarıb.

Daha əvvəl 1973/74 mövsümündə “Bavariya”, 1981/82 mövsümündə isə “Hamburq” 22 tura 63 qol vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button