“Bayern” də ona “elçi düşdü”

Almaniyanın “Bayern” klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “Zalsburq”dan Karim Adeyemini transfer etmək niyyətindədir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

“Bayern”lə yanaşı, “Liverpul”, “Barselona” kimi klubların da maraqlandığı 19 yaşlı hücumçunun “transfermarkt”da dəyəri 20 milyon avrodur.

Alman futbolçu bu mövsüm “Zalsburq”la 16 oyunda 11 qol vurub.