Noyer üçün yeni müqavilə

Almaniyanın “Bayern” klubu futbolçusu Manuel Noyerin müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, 35 yaşlı qapıçı da Münhen təmsilçisi ilə sözləşməni yeniləməyə müsbət yanaşır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Noyer “Bayern”lə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalamaq və karyerasını burda bitirmək istəyir.

Alman qapıçı 2011-ci ildən “Bayern”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button