“Bayern” milli üzvü ilə müqaviləni yenilədi

Almaniyanın “Bayern” klubu futbolçusu Leon Qoretskanın müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Alman yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qoretska 2018-ci ildən “Bayern”də çıxış edir.

26 yaşlı futbolçu Almaniya milli komandasının da üzvüdür.