“Bayern”də yeni müqavilə

Almaniyanın “Bayern” klubu futbolçusu Kinqsli Komanla yeni müqavilə imzalayacaq.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi fransalı vingerlə razılığa gəlib. Bu barədə “Bild” nəşri məlumat yayıb.

“Bayern” Komanla müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayacaq. Rəsmi açıqlama yaxın zamanda veriləcək.

Koman 2017-ci ildən “Bayern”də çıxış edir. O, bu mövsüm Bundesliqada 10 oyunda 4 qol vurub.