Bundesliqa klubunun hücumçusunda koronavirus aşkarlandı

Almaniyanın “Bayer” klubunun futbolçusu Florian Virts koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 17 yaşlı hücumçunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Alman futbolçu karantinə alınıb.

Virts bu mövsüm Bundesliqada 20 oyuna 4 qol vurub.