Əfqanıstan əsilli futbolçu üçün 11 milyon avro

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Hoffenhaym”dan Nadim Amirini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Bayer” Amiri üçün “Hoffenhaym”a 11 milyon avro ödəyib. 21 yaşadək futbolçulardan ibarət Almaniya millisinin də formasını geyinən Əfqanıstan əsilli Amiri, yığmada keçirdiyi 24 oyunda 6 qol vurub.