“Bavariya”da mövsümün ən yaxşı futbolçusu bilindi

Almaniyanın “Bavariya” klubunda ötən mövsümün ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, hücumçu Robert Levandovskidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Polşalı hücumçu azarkeşlər arasında keçirilən səsvermədə 51 faizlə qalib olub.

İkinci yerdə 16 faizlə Alfonso Devis, üçüncü isə 13 faizlə Tomas Müller olub.