“Bavariya”da yeni futbolçu – 5 illik müqavilə ilə

Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “Şalke”nin qapıçısı Aleksandr Nübeli transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Bavariya” 23 yaşlı alman qapıçı ilə 5 illik müqavilə imzalayıb. Nübel, Münhen təmsilçisinə azad agent kimi keçib.

2015-ci ildən “Şalke”də çıxış edən Nübel, son mövsümdə Bundesliqada 26 oyunda iştirak edib.