“Barselona” “Bavariya”nın 40 milyon avroluq təklifinə “yox” dedi

Almaniyanın “Bavariya” klubu “Barselona”nın futbolçusu Pedrini transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi 18 yaşlı yarımmüdafiəçi üçün Kataloniya klubuna 40 milyon avro təklif edib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. “Barselona” “Bavariya”nın təklifini rədd edib.

Pedri bu mövsüm “Barselona” ilə La Liqada 22 oyuna çıxıb. İspan futbolçu bu görüşlərdə 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.