“Bavariya”nın “radar”ına düşən amerikalı

Almaniyanın “Bavariya” klubu “Ayaks”ın futbolçusu Serginyo Desti transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb. 19 yaşlı müdafiəçi də Amsterdam klubundan ayrılmaq istəyir və “Ayaks”la yeni müqavilə imzalamayacaq.

“Bavariya” ötən il də Dest üçün “Ayaks”a təklif göndərsə də, niderlandlılar müdafiəçini komandada saxlamışdı.

“Ayaks”ın yetirməsi olan Destin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir. O, ABŞ milli komandasının da üzvüdür.