Bundesliqa klubunun futbolçusu koronavirusa yoluxdu

Almaniyanın “Ayntraxt” klubunun bir futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, adı açıqlanmayan futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib.

“Ayntraxt”ın futbolçuları 14 günlük karantinə alınacaq.