İrqçiliklə mübarizədə fərqli forma FOTO

Almaniyanın “Ayntraxt” klubu son zamanlarda futbol meydanlarında artan irqçiliklə bağlı maraqlı addım atıb.

Komanda.az xəbər verir ki, Frankfurt təmsilçisi Bundesliqanın 12-ci turunun “Volfsburq”la oyununa xüsusi formalarla çıxacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Formaların üzərində müxtəlif ölkələrin bayraqları əks olunacaq.

Sabah keçiriləcək “Ayntraxt” – “Volfsburq” matçı saat 18:30-da start götürəcək.