Bundesliqa klubu holland hücumçu üçün danışıqlara başladı

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Frankfurt təmsilçisi Portuqaliya “Sportinq”indən Bas Dostu transfer etməyə yaxındır. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, “Ayntraxt”ın Dostun transferi üçün “Sportinq”lə danışıqlara başladığı bildirilib.

“Ayntraxt”ın yaxın günlərdə 30 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

“Emmen”in yetirməsi olan Bas Dost, 2016-cı ildən “Sportinq”də çıxış edir. Hücumçu 18 dəfə formasını geyindiyi Hollandiya millisində 1 qol vurub.