Bundesliqa klubunda 2 yeni futbolçu

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu heyətini 2 yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Erik Durmu və Dominik Koru transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Son klubu “Haddersfild” olan Durmla 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. 27 yaşlı müdafiəçi “Ayntraxt”a azad agent kimi keçib.

Yarımmüdafiəçi Kor isə “Bayer” klubundan transfer olunub. 25 yaşlı futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.