Almaniyada ilin məşqçisi açıqlandı

Almaniyada 2018-ci ilin ən yaxşı məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Verder”i çalışdıran Florian Kofeldt bu ölkədə ötən ilin ən yaxşı məşqçisi elan olunub.

Bu barədə Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

36 yaşlı mütəxəssis “Verder”i 2017-ci ilin dekabr ayından etibarən çalışdırır. Klub rəhbərliyi bir müddət öncə onunla müqavilənin müddətini 2021-ci ilədək artırıb.

“Verder” bu mövsüm Almaniya Bundesliqasında 26 oyuna 39 xalla 8-ci pillədə qərarlaşıb.