Şvaynştayger haqda film

Almaniya millisinin və “Bavariya”nın sabiq üzvü Bastian Şvaynştayger haqda sənədli film çəkiləcək.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçi “Bild” nəşrinə açıqlamasında deyib. Şvaynştayger, filmin almaniyalı rejissor Til Şvayqer tərəfindən çəkiləcəyini bildirib:

“Til Şvayqer mənim yaxın dostum və ən yaxşı alman rejissordur. Özüm haqda film hazırlamaq üçün güvənə biləcəyim tək adam odur”.

Şvaynştayger haqda film ilin sonunda nümayiş olunacaq.

Karyerası ərzində “Bavariya” və “Mançester Yunayted” kimi klublarda forma geyinən Şvaynştaygerin son iş yeri MLS təmsilçisi “Çikaqo Fayr” olub. 35 yaşlı keçmiş yarımmüdafiəçi 121 dəfə də Almaniya millisinin uğurları üçün çalışıb.