Almaniya millisinin sabiq üzvü karyerasını başa vurdu

Futbol üzrə Almaniya millisinin sabiq üzvü Benedikt Hövedes karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bunu 32 yaşlı müdafiəçi yerli mətbuata müsahibəsində deyib.

O, bir neçə klubdan təklif almasına baxmayaraq, futboldan getməyə qərar verdiyini bildirib.

Qeyd edək ki, “Şalke” (2007-2018), “Yuventus” (2017/18) və Moskva “Lokomotiv”ində (2018-2020) çıxış etmiş Hövedes Almaniya yığmasının heyətində 2016-cı ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button