“Almaniya millisində layiq olduğum dəyəri görmürəm”

“Mançester Siti”nin və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, “şəhərlilər”ə transferi ilə bağlı danışıb:

“Mançester Siti”yə 2016-cı ildə transfer olundum. Həmin vaxt “Bavariya” ilə da danışıqlarımız olmuşdu, amma müxtəlif səbəblərə görə bu keçid alınmadı. “Mançester Siti”də xoşbəxtəm. Düşünürəm ki, hazırda heyətində özümü daha yaxşı hiss edəcəyim klub və birlikdə çalışacağım baş məşqçi yoxdur”.

Yarımmüdafiəçi, Almaniya millisindəki vəziyyətini də dəyərləndirib:

“Məncə, Almaniya millisində layiq olduğum dəyəri görmürəm. Amma zədələr səbəbiylə çox oyun qaçırdığım üçün bunu da başa düşürəm. İnsanlar turnirləri izləyərək, dəyər verirlər. Komandada sadəcə iki yarımmüdafiəçi üçün yer var. Müdafiə üçün Coşua Kimmix, hücumameylli olaraq isə Toni Kross oynayır. Amma komandaya daha çox fayda verəcək zehniyyətə malik olduğumu düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button