Kapitandan yeni rekord

Almaniya millisi AÇ-2020-nin seçmə mərhələsində Estoniya yığmasını məğlub edib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 8:0 hesabıyla bitən görüşdə Almaniya millisinin kapitanı Manuel Noyer yeni rekorda imza atıb. Belə ki, 33 yaşlı qapıçı yığmada 37-ci “quru oyun”unu keçirib.

Noyer bununla da, Almaniya millisinin sabiq qapıçısı Zepp Mayerin rekordunu qırıb. Mayer Almaniya millisində 36 “quru oyun” keçirib.

Noyer, 2009-cu ildə debüt etdiyi Almaniya millisində 86 oyuna çıxıb.