Karyerasını bitirir – “Bavariya”nın sabiq hücumçusu

Almaniya milli komandasının və “Bavariya”nın sabiq futbolçusu Mario Qomesin karyerasını bitirəcəyi vaxt məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 34 yaşlı hücumçu mövsümün sonunda karyerasını bitirəcək.

Karyerası ərzində “Bavariya”, “Beşiktaş”, “Fiorentina”, “Volfsburq” kimi klublarda çıxış edən Qomes, hazırda “Ştutqart”ın uğurları üçün çalışır. Hücumçu, 78 dəfə də Almaniya milli komandasının formasını geyinib.