Almaniya millisinin sabiq futbolçusu Türkiyə klubunda

Almaniya milli komandasının sabiq futbolçusu Sidney Sam karyerasını Türkiyədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Antalyaspor” klubuna transfer olunub. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sidneylə bir illik müqavilə imzalanıb.

Karyerası ərzində “Bohum”, “Şalke”, “Hamburq”, “Bayer” kimi klublarda çıxış edən yarımmüdafiəçi, Almaniya yığmasında da 5 oyuna 1 qol vurub.

Yarımmüdafiəçi son olaraq Avstriyanın “Altax” klubunda forma geyinib.