“Bu, “ölüm qrupu”dur!”

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv AÇ-2020-nin seçmə mərhələsində yer aldıqları F qrupunu dəyərləndirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Löv, Fransa və Portuqaliya ilə birgə yer aldıqları qrup haqda bunları deyib:

“Bu, “ölüm qrupu”dur! Münhendəki oyunlar əsl futbol şənliyi olacaq. Bizdən çox şey gözləyirlər. Qrupun çətin olması xüsusi motivasiya olacaq.

Çox çətin qrupa düşmüşük. Almaniya Futbol Federasiyası ya püşkü atan Filipp Lamı göndərməli, ya da özü istefa verməlidir”.

Almaniya millisi AÇ-2020-nin F qrupunda Fransa və Portuqaliya ilə mübarizə aparacaq. Qrupun digər iştirakçısı isə Millətlər Liqasının oyunlarından sonra bilinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button