Löv: “Çempionluğu qazanmaq çox çətin olacaq”

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, AÇ-2020-nin favoritlərindən olmadıqlarını deyib:

“Hazırda çox istəkli, hirsli və uğura ac heyətə sahibik. Ancaq AÇ-2020-nin favoritlərindən olmayacağıq. Bir çox futbolçumuzun inkişaf etməsi lazımdır. Bunun üçün qarşımızda uzun yol var.

Fransa və İngiltərə uzun müddətdir ki, eyni heyətlə oynayır. Hollandiya ilə İspaniya da bizdən daha üstündür. Çempionluğu qazanmaq çox çətin olacaq”.

AÇ-2020-nin seçmə mərhələsinin C qrupunda yer alan Almaniya millisi 15 xalla 2-ci sıradadır.