DÇ-2022-nin əsas mərhələsinə vəsiqə qazanan ilk komanda

Almaniya milli komandası DÇ-2022-nin seçmə mərhələsində Şimali Makedoniyanı məğlub edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 4:0 hesabıyla qələbə qazanan almanlar turnirin əsas mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

J qrupunda Şimali Makedoniya ilə yanaşı, Ermənistan, Rumıniya, İslandiya və Lixtenşteynlə mübarizə aparan Almaniya millisi 21 xalla liderdir.