Almaniya millisi Şimali İrlandiya matçına onsuz çıxacaq

Almaniya milli komandası AÇ-2020-nin seçmə mərhələsinin 6-cı turu çərçivəsində Şimali İrlandiya ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Belfastda keçiriləcək görüşə Almaniya yığması ciddi itki ilə çıxacaq. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan zədə səbəbindən Şimali İrlandiya ilə oyunda iştirak etməyəcək.

Gündoğan Almaniya millisinin Belfastdakı düşərgəsini tərk edib.

Şimali İrlandiya – Almaniya matçı bu gün, saat 22:45-də start götürəcək.