Almaniya kubokunun final oyunu təxirə salındı

Futbol üzrə Almaniya kubokunun final qarşılaşması təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.

Mayın 23-də keçirilməsi planlaşdırılan oyunun koronavirus pandemiyası səbəbiylə təxirə salındığı bildirilir. Final oyununun yeni tarixi açıqlanmayıb. Lakin matçın iyunun 30-dək keçirilməsinə ümid edilir.

Turnir pandemiya səbəbiylə yarımfinal mərhələsində dayandırılmışdı.

Almaniya kubokunda finala vəsiqə uğrunda “Bavariya” Frankfurt “Ayntraxt”ı ilə, “Bayer” də “Saarbrüken”lə qarşılaşacaq.