Kubok matçına koronavirus əngəli

Almaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində bu gün keçirilməli olan “Regensburq” – “Verder” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Qarşılaşmanın təxirə salınmasına səbəb “Regensburq”da koronavirusa yoluxma hallarının çoxluğu olub.

“Regensburq”da baş məşqçi Mersad Selimeqoviçlə yanaşı, əsas komandanın bir neçə futbolçusunda koronavirus aşkarlanıb.

“Regensburq” – “Verder” matçının keçirilmə tarixi hələ məlum deyil.