“Herta”nın yeni futbolçusu koronavirusa yoluxdu

Almaniyanın “Herta” klubunun yeni futbolçusu Matteo Genduzi koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransanın U-21 millisinin düşərgəsindən qayıdan futbolçunun koronavirus testi pozitiv nəticələnib. Xəstəliyin simptomlarını keçirməyən Genduzi karantinə alınıb.

21 yaşlı futbolçu bir neçə gün əvvəl icarə əsasında “Arsenal”dan “Herta”ya keçib.