Futbolçusu virusa yoluxdu, komanda karantinə alındı

Almaniyanın “Nürnberq” klubunun futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Fabian Nürnberqerdə virus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçunun vəziyyətinin yaxşı olduğu bildirilib. Klub bütün futbolçuların və texniki heyətin karantinə alındıqlarını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button